Hematologiya və Transfuziologiya İnstitutu: Müxtəlif qan xəstəliklərindən müalicə olunanların 50%-ni uşaqlar təşkil edir
- 25.09.2013, 18:34,
- Cəmiyyət
- 1
Facebook
Вконтакте
Одноклассники
Google+
Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunda müxtəlif qan xəstəliklərindən müalicə olunanların 50%-ni uşaqlar təşkil edir.
İnstitutun baş həkimi Arif Əliyev APA-ya açıqlamasında deyib ki, il boyu həm Bakı, həm də ölkənin digər rayonlarından instituta müxtəlif müraciətlər daxil olur. O bildirib ki, instituta 6983 nəfər xəstə müraciət edib və onlardan 1810 xəstə stasionar müalicəyə göndərilib. A.Əliyev qeyd edib ki, dispanser qeydiyyatında olan xəstələrin sayı isə 18478 nəfər təşkil edir. Baş həkimin sözlərinə görə, instituta müraciət edən 6983 nəfərdən 3005 nəfəri uşaqlardır: “Bu isə o deməkdir ki, institutda müalicə olunanların 50%-i uşaqlardır. Ümumilikdə, qan xəstəliklərindən 0-14 yaşına kimi uşaqlar müalicə alırlar”.
A.Əliyev qeyd edib ki, stasionarda müalicə olunanlar arasında kişilər üstünlük təşkil edir. Onun sözlərinə görə, müalicə alanlardan 883 nəfəri kişi, 593 nəfəri isə qadınlardır. Baş həkim vurğulayıb ki, institutda müalicə alanların böyük əksəriyyəti qan xərçəngindən (leykoz) əziyyət çəkir.