Azərbaycan zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Pakistana kömək təklif edib

Azərbaycan hökuməti zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Pakistana kömək təklif edib. Bu barədə çərşənbə günü Trend-ə açıqlamasında Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bu gün Pakistan FHN-in rəsmi nümayəndələri ilə danışıqlar zamanı Azərbaycan hökumətinin təbii fəlakətin fəsadlarının aradan qaldırılması barədə yardım etmək təklifini onlara çatdırıb.

Diplomat bildirib ki, Azərbaycan FHN ora öz xilasedicilərini, xüsusi texnikasını, o cümlədən humanitar yardım göndərməklə qardaş ölkəyə kömək etməyə hazırdır.
Hazırda səfir Pakistan tərəfinin cavabını gözləyir.

Xatırladaq ki, çərşənbə günü Çinin "Sinxua" agentliyinin yerli hakimiyyət nümayəndələrinə istinadən verdiyi məlumata görə, çərşənbə axşamı Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində 7,7 bal gücündə baş verən zəlzələ nəticəsində son məlumatlara görə, 208 nəfər ölüb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri