Metronun Elmlər Akademiyasının 2-ci çıxışı 2015-ci ildə istifadəyə veriləcək

Metronun Elmlər Akademiyasının 2-ci çıxışı 2015-ci ildə istifadəyə veriləcək Metronun Elmlər Akademiyasının ikinci, dərinliyi 83 metr olan çıxışının tunelində tikinti işlərinin 70 %-i görülüb. İkinci çıxışın tikintisinə ötən il avqust ayının 18-də start verilib. Hələki, bütün işlər yerin altında tunelin çəkilməsi istiamətində aparılır. Elmlər Akademiyası stansiyası birinci çıxışı ilə ikinci çıxışı arasındakı məsafə 64 metrdir.

Tuneldə işlər tamamlandıqdan sonra 4 yerüstü keçid də tikiləcək. Keçidlərdən biri Bakı Dövlət Universitetinə, biri Zahid Xəlilov digər 2 keçid isə keçmiş Firudin Ağayev indiki Bəxtiyar Vahabzadə küçəsinə çıxacaq. 4 istiqamətə yönələcək çıxış həm də piyadalar üçün ərazidə yeraltı keçid rolunu da oynacayaq. Sərnişinlər eskalator vasitəsi ilə ümumi otağa ordan isə keçid vasitəsi istədikləri küçələrə çixa biləcəklər. İkinci çıxışın tikilməsində əsas məqsəd bir çıxışdan ibarət olan Elmlər Akademiyası metrostansiyasından sərnişin sıxlığının qarşısını almaqdır. Belə ki, gün ərzində adiçəkilən stansiya 65 min sərnişini daşıyır. Bu isə fövqəladə hallar zamanı böyük fəlakətə səbəb ola bilər. Bu səbəbdən Elmlər Akademiyası metrostansiyasının ikinci çıxışının tikilməsi qərara alınıb və tikinti üçün ərazidə olan çox saylı sahibkarlıq obyektləri sökülüb. İkinci çıxışın 2015-ci ildə sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.


Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri