Saakaşvili: "Elə fikirləşirsiz, Moskva Bakının İrəvan üzərində üstünlüyünü istəyir?"
- 26.09.2013, 13:30,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstan prezidenti Mixail Saakaşvili BMT-nin Baş Assambleyasında indiki Rusiya hökumətini kəskin tənqid atəşinə tutub. ANS-in Rusiya mətbuatına istinadən xəbər verir ki, öz çıxışında Saakaşvili bilidirib ki, bir çox ölkələrdən fərqli olaraq Rusiya öz qonşularındastabil vəziyyətə maraqlı deyil.
Saakaşvilinin sözlərinə görə Putin başa düşür ki, hakimiyyətə güclü rəhbərliyin gəlməsi ilə dövlətlər müstəqil olmağa başalayacaq və Avropa ilə yaxınlaşma müşahidə ediləcək. O həm də Avropa İttifaqının ideyasını tənqid edərək Rusiyanı Abxaziya və Cənubi Osetiyanı işğal etməkdə günahlandırıb.
Saakaşvili bildirib ki, Rusiya gürcü torpaqlarını işğal altında saxlamaqda davam edir ki, bununla da Gürcüstanı zəiflədir. O, BMT görüşü ərəfəsində Ukrayna prezidenti Viktor Yanukoviçlə danışdığını və Ukrayna prezidentinin ona Rusiyanın ona təzyiq etməsindən şikayətləndiyini bildirib. Saakaşvili deyib ki, keçmiş sovetin güclü respublikalarından -Ukrayna, Moldova, Ermənistan və Azərbaycan Rusiya üçün sərfəli deyil.
“Sizə elə gəlir ki, Putin Ermənistanın Azərbaycanla konfliktində üstün olmasını istəyir? Yox. Bu Ermənistanı daha da güclü və müstəqil edə bilərdi. Yoxsa siz elə fikirləşirsiz ki, Moskva istəyir ki, Bakı İrəvan üzərində üstün olsun?- deyə Saakaşvili Dağlıq Qarabağ münaqişəsini nəzərdə tutub. Onlar kiminsə qələbə qanamasının ümumiyyətlə istəmir. Məhz konflikt onların bu məqsədlərinə xidmət edir. Bununla o, xalqlara müstəqil olmağa mane olur və onların Avropa İttifaqına inqrasiyasını bağlayır", - deyə Saakaşvili bildirib.
Georgia, General Debate, 68th Session:
http://webtv.un.org/search/georgia-general-debate-68th-session/2695612602001?term=saakashvili