Gəncə sakininin 46 min dolları oğurlanıb
- 27.09.2013, 15:08,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda mənzildən külli miqdarda pul oğurlanıb.
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 24-də Keşlə qəsəbəsində qeydə alınıb.
Gəncə şəhər sakini Gülcamal Hüseynovanın içərisində 46 min ABŞ dolları olan əl çantası onun qonaq gəldiyi Taleh Seyidovun kirayədə yaşadığı Keşlə qəsəbəsindəki evdən oğurlanıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Taleh Seyidov Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşları tərəfindən tutulub.