Gürcüstan parlamentinin mətbuat xidmətinə “Playboy” jurnalının keçmiş redaktoru rəhbərlik edəcək
- 03.05.2013, 00:23,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstan parlamentinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsinə ölkədə dərc edilən “Playboy” jurnalının keçmiş redaktoru Niko Nerqadze təyin olunub. APA-nın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, o artıq rəhbərlik edəcəyi kollektivə təqdim olunub.
Son vəzifəsinədək Nerqadze “Azadlıq” radiosunun aparıcısı, “Playboy” jurnalının redaktoru, “Ceostar” konkursunda münsiflər heyətinin üzvü və bloqqer olub.
Niko Nerqadze Gürcüstan parlamentinin mətbuat xidmətinin rəhbəri vəzifəsində Maku Qiqaurini əvəzləyib.