Azərbaycanda 70-dən çox etnik qrup yaşayır
- 27.09.2013, 15:11,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Hazırda Azərbaycanda 70-dən çox etnik qrup yaşayır.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov bildirib.
O, qonşu Ermənistanın isə monodövlətə çevrildiyini, orada digər millətlərin yaşamasına imkan verilmədiyini vurğulayıb: “1988-ci ilə qədər Ermənistanda 250 minə qədər azərbaycanlı yaşayıb. Amma 11 ay ərzində azərbaycanlılar Ermənistandan qovulub”.
T. Süleymanov bildirib ki, Azərbaycanda tarix boyu dini, milli ayrı-seçkilik zəminində münaqişə qeydə alınmayıb: “Azərbaycanın hazırkı Konstitusiyasında da bu məsələlər ciddi tənzimlənir”.