Qanunsuz silah gəzdirdiyinə görə həbs edilən şəxsin evindən silah tapılıb
- 27.09.2013, 15:17,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qanunsuz silah gəzdirdiyinə görə tutulan şəxsin evindən silah tapılıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarələri və Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-də qanunsuz silah gəzdirdiyinə görə tutulan Mirkamil Həşimovun evinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.