Yevlaxda 19 yaşlı oğlanı öldürən şəxs həbs edilib

Yevlax sakinini qətlə yetirən şəxs tutulub.

Yevlax Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da Vasif Abdullayevi bıçaqla qətlə yetirən şəxsin rayon sakini Knyaz Bəkirov olması müəyyənləşib və o tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, məlum hadisə sentyabrın 26-da Yevlax rayonu, Nizami küçəsi 243 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 19 yaşlı Vasif İbrahim oğlu Abdullayev naməlum şəraitdə bıçaqlanaraq qətlə yetirilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri