Nazir: “Deyirlər ki, bunlar məmur, oliqarxların maşınlarıdır”

Nazir: “Deyirlər ki, bunlar məmur, oliqarxların maşınlarıdır” “Adamın ürəyi ağırıyırdı”


“Bu gün deyə bilərəm ki son 10-15 ildə vəziyyət köklü surətdə dəyişib. İndi hər birimiz vəzifədən başqa, bir Azərbaycan vətəndaşı kimi fəxr edirik ki, həm Bakıda, həm əyalətlərimizdə, regionlarımızın hər yerində yeni məktəblər, tibb ocaqları, tədris müəssisələri, yollar çəkilir”.


Live.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri AZTV-yə müsahibəsində daxili işlər naziri Ramil Usubov deyib:


“Konkret bir göstəricini vətəndaşlarıızın diqqətinə çatdırmaq istəyirəm. İl ərzində 70-80 min avtomaşın vətəndaşlarımız tərəfinən alınır. Son 10 ildə Azərbaycan vətəndaşı 730 min maşın alıb. Dinamikaya da fikir vemişəm ki, 2003-dən 2008-ə qədər qiyməti 10 min manata qədər olan maşınlar üstünlük təşkil edib.


Lakin 2009-dan bu yana daha bahalı, qiyəti 10 mindən yuxarı maşınlar təşkil edib. Bəzən deyirlər ki, bütün bunlar məmurlar, oliqarxların maşınlarıdır. Reallıqla götürsək bunun 10 min 20 mini varlı adamların olsun. Bəs qalanları kimindir? Yeddi yüz min Azərbaycan vətəndaşı maşın sahibi olub. Buna da sevinmək lazımdır.


Bundan əlavə qaçqın və köçkünlərin vəziyyəti mənim yaxşı yadımdadır. Daxili işlər naziri olaraq Sabirabadda məskunlaşan qaçınlarla tez-tez görüşürdüm, ordakı şəraitlə tanış olurdum. Onların o çadır şəhərciyinə baxanda adamın ürəyi ağrıyırdı. İndi son 10 ildə 60-dan çox belə şəhərciklər, müasir tələblərə cavab verən binalar tikilib. Qaçqın və köçkün insanlar ora köçürülüblər. Otuza qədər məktəb tikilib. 20-dən tibb müəiisləri tikilib onlara xidmət etmək üçün. Bu sosial problemlərin həlli göz qarşısındadır. Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən bir statistik rəqəmlər götürmüşəm onları da diqqətinizə çatdırmaq istəyirəm. Məsələn, son 10 ildə 175 min fərdi ev qeydiyyata alınıb. Hələ mənə deyirlər ki, bu tikilən evlərin yarısıdır. Təxminən 250-300 minə qədər ev tikilib. Ümumilkdə 200 mindən çox alqı-satqı yolu ilə Azərbaycan vətəndaşı ev alıb. Buna sevinmək lazmıdır. Bu bir daha onu göstərir ki, Azərbaycan vətəndaşının sosial yaşayış şəraiti daha yüksək səviyyəyə qalxır. Təbii ki, bu dövlətin apardığı sosial problemlərin həlli siyasətə real cavabdır. Bu gün işsizliyin minimum həddə endirilməsi, 1 milyon 200 iş yerinin açılması da kriminogen duruma müsbət təsdir edir”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri