Bəşşar Əsəd vəzifəsini tərk etməyə hazırdır

Əgər bu, vəziyyəti dəyişəcəksə, Suriya Prezidenti Bəşşar Əsəd vəzifəsini tərk etməyə hazırdır, lakin hesab edir ki, hazırda öz yerində qalmalıdır. Trend-in məlumatına görə, bunu Suriyanın dövlət başçısı İtaliyanın "RaiNews24" müsahibəsində deyib.

B.Əsəd bildirib: "Əgər mənim öz postumu tərk etməyim vəziyyəti yaxşılaşdıracaqsa, istefa verməyə hazıram. Lakin indi mən Prezident vəzifəsində qalmalıyam".

O, qeyd edib ki, fırtına zamanı gəmini tərk etmək olmaz: "Mənim missiyam bu gəmini tərk etməmək və limana gətirməkdir".

Prezidentin sözlərinə görə, o, 2014-cü il seçkilərində Suriya prezidentliyinə namizədliyini irəli sürüb-sürməyəcəyi barədə qərar qəbul edəcək: "Əgər xalq bunu istəsə, bunu edəcəyəm, əks təqdirdə isə yox".
Şərhlər
Dünya bölməsinin xəbərləri