ABŞ-ın Əfqanıstandakı hərbi texnikasının bir hissəsi Azərbaycan ərazisi vasitəsilə Avropaya daşınır
- 30.09.2013, 13:36,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ Ordusunun Əfqanıstandan çıxarılan hərbi texnikasının bir hissəsinin Azərbaycan ərazisindən keçməklə Avropaya daşınır.
APA-nın hərbi mənbələrdən əldə etdiyi eksklüziv məlumata görə, texnikanın Azərbaycan ərazisi ilə çıxarılması prosesinə bir müddətdir, başlanıb.
Qazaxıstanın Aktau limanına gətirilən ABŞ-a məxsus yüklər və hərbi texnikalar buradan bərə vasitəsi ilə Azərbaycana gətirilir. Azərbaycandan isə nəqliyyat vasitələri və dəmir yolu ilə Gürcüstanın Poti limanına daşınır.
Sentyabrın 28-də hərbi texnikalarla yüklənmiş daha bir maşın karvanının Bakıdan qərb istiqamətində hərəkəti müşahidə olunub.
Qeyd edək ki, artıq ABŞ hərbi texnikalarının Azərbaycan ərazisindən daşındığını əks etdirən fotolar da yayılıb.