Azərbaycanda iki bacı və bacılardan birinin iki uşağı özünü altıncı mərtəbədən atmaq istəyib

Bu gün Bakıda intihara cəhd olub.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətindən (XRXX) APA-ya bildirilib ki, saat 14:19-da 112 Xidmətindən Binəqədi rayonu Gənclər yaşayış massivi ərazisində yeni inşa edilən çoxmərtəbəli binada intihara cəhd hadisəsinin baş verməsi barədə daxil olmuş əməliyyat məlumatına əsasən, XRXX-nin tibb və psixoloji şöbəsinin əməkdaşları, intihar qrupunun qadın xilasediciləri, 2 mobil qrup və Yasamal rayonu üzrə xilasedicilər hadisə yerinə çıxıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1978-ci il təvəllüdlü Şirinova Dilarə Şahmalı qızı, 1980-ci il təvəllüdlü Şirinova Elnarə Şahmalı qızı və sonuncunun uşaqları, 1998-ci il təvəllüdlü Nazpəri və 2002-ci il təvəllüdlü Vüsal sosial səbəblərdən intihar etmək məqsədi ilə adıçəkilən ünvanda tikilməkdə olan 7 mərtəbəli binanın 6-cı mərtəbəsinə çıxıb və özünü öldürməklə intihar etmək niyyətini nümayiş etdirib. İntihara cəhd göstərənlərin bu hərəkəti bacıları Şirinova İlahə Şahmalı qızının narahatlığına səbəb olub, o, bacılarının və uşaqların xilas olunması üçün hadisə haqqında 112 Xidmətinə müraciət edib.

Xilasedicilər intihar etmək istəyən şəxslərlə yaxın məsafədə olub, müvafiq söhbətlər aparıblar. Aparılan danışıqlar müəyyən vaxt çərçivəsində digər təhlükəsizlik tədbirlərinin (hüquq mühafizə orqanlarının və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarının gəlməsi, hündürlükdən tullanmanın qarşısını almaq üçün brezentin çəkilməsi, alpinist ləvazimatlarının və xilasetmə avadanlıqlarının hazırlanması işləri və vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılması və s.) göstərilməsi üçün əlverişli şərait yaradıb.

Xilasedicilər keçirilən əməliyyat zamanı həyatına qəsd etmək istəyənləri fikirlərindən daşındırıb, onlarla psixoloji bağlantı yaradıblar. Aparılan danışıqlar nəticəsində suisidentinlərin intihar cəhdindən imtina edilməsinə nail olunub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri