Azərbaycanın ABŞ-dakı səfirliyinə “Google Earth” axtarış sistemində ölkənin təhrif olunmuş coğrafi adlarının araşdırılması ilə bağlı tapşırıq verilib

Azərbaycan XİN ölkəmizin ABŞ-dakı səfirliyinə “Google Earth” axtarış sistemində Azərbaycanın təhrif olunmuş coğrafi adlarının araşdırılması ilə bağlı tapşırıq verib.

APA-nın xəbərinə görə, bunu XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti “Google Earth” axtarış sistemində ölkənin işğal olunmuş ərazilərində coğrafi adların təhrif olunmasına hər zaman reaksiya verir və müvafiq tədbirlər görür: “Amma rəsmi mövqedən başqa vətəndaş mövqeyi də lazımdır. Azərbaycan vətəndaşları, o cümlədən xaricdə yaşayan soydaşlarımız bu cür təxribatçı addımlara münasibət bildirməlidirlər”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri