Sergey Narışkin: “Rusiya MDB ölkələrini Gömrük İttifaqına cəlb etmək üçün onlara təzyiq göstərmir”
- 02.10.2013, 01:06,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Rusiya Ukraynanın və digər MDB ölkələrinin Gömrük İttifaqına daxil olmasında maraqlıdır, lakin onlar suveren dövlətlərdir və qərarlarını müstəqil qəbul edir. Rusiya onlara hər hansı təzyiq göstərmir”.
APA-nın verdiyi xəbərə görə, bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin AŞPA sessiyasında sualları cavablandırarkən deyib. O bildirib ki, Rusiya yalnız öz tərəfdaşlarına Gömrük İttifaqına qoşulmağın və Avropa Birliyi ilə assosiasiya sazişi imzalamağın faydaları haqda müqayisəli informasiya təqdim edir: “Seçim onlarındır”.
Xatırladaq ki, Ermənistan AB ilə assosiasiya sazişi imzalamaq üçün 3 il danışıqlar apardıqdan sonra bu ilin sentyabrında Gömrük İttifaqına qoşulmağa qərar verib. Bu, AB-nin kəskin etirazına səbəb olub.