Qubada yaşayış evində partlayış baş verib, polis əməkdaşı xəsarət alıb

Bu gün axşam saatlarında Qubada yaşayış evində partlayış baş verib.

APA-nın verdiyi məlumata görə, partlayış Quba şəhəri, M.Qorki küçəsi bina 24, mənzil 18-də qeydə alınıb.

Partlayış nəticəsində Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı Elmar Umudov müxtəlif bədən xəsarətləri alaraq Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırmalar davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri