2013-cü ilin ən dəbli məşhurları (FOTO)
- 02.10.2013, 13:00,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Amerikanın "People" jurnalı hər il olduğu kimi bu ildə ilin ən dəbli məşhurlarının siyahısını hazırlayıb. ANS-in verdiyi məlumata görə, 1-ci yerdə 36 yaşlı aktrisa Kerri Vaşinqton dayanır. "People" jurnalının redaktorları hesab edirlər ki, Kerri təkcə hamıdan gözəl geyinməyi ilə deyil həm də şarmı ilə seçilir.
Daha çox “Avatar” və “Ulduz yolu” filmindən tanınmağa başlayan aktrisa Zoi Saldara “Cinslərin şahzadəsi” adı qazanıb. "People"in fikrincə aktrisa cinslərin hər cürü formasını özünəməxsus gözəl daşımağı bacarır.
Jurnal Cenifer Lourensə isə "Fashionista" adı verib. Stilistlər həm də qeyd ediblər ki,aktrisanın aksesuar seçməkdə bacarıqlıdır.
Aktrisa Emma Stounu jurnal “Klassika qızı” adlandırıb, onların sözlərinə görə, sənətçi klassikanı və yeni trendləri uğurlu uyğunlaşdıra bilir.
Bu dəfəki reytinqdə “Küçə stilinin ulduzu” aktrisa Keyt Bosuort seçilib.
Amerikalı müğənni,Beyonsun bacısı Solandj Noulzda 2013-cü ilin ən dəbli məşhurların siyahısına düşüb. Sənətçi hər zaman özünə güvənli görünür və bilir ki,hansı geyim əynində necə duracaq.