Tolik İlhamə Quliyevanın yalan danışdığını dedi
- 02.10.2013, 13:14,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Prodüser Tolik yeni açıqlamaları ilə yenə də qalmaqal yaradıb. Axşam.az-ın məlumatına görə, o, “Atv maqazin” verilişinə açıqlamasında xalq artisti İlhamə Quliyeva ilə Aygün Kazımovanı istədiyi vaxt barışdıra biləcəyini iddia edib:
“Sevdanın konsertinə İlhamə xanımın gəlməməsinə səbəb Aygün Kazımovanın orada olması idi. Çoxları deyirdi ki, guya mən onları barışdıracam. Amma iki min insan qarşısında bunu etmək lazım deyil. İstəsəm günü bu gün ikisini də bir restorana dəvət edib, orada barışdıraram”.
Tolik Röyanın İ.Quliyevaya bağışladığı brilliant hədiyyədən də söz açıb: “O qədər insanın yanında öpüşmək, səndən başqa heç kimə qulaq asmıram demək səmimiyət deyil. İndi o, müğənni sevinir ki, İlhamə xanım ona qulaq asır. Amma mən İlhamə xanımın avtomobilində adı çəkilən sənətçinin albomunu görməmişəm. Xalq artisti həmişə Azad Azərbaycan radiosuna qulaq asır. İlhamə xanımın o üzüyə ehtiyacı yoxdur, onun elə brilliantları çoxdur”.