Röyadan Tolikə xəbərdarlıq

Röyadan Tolikə xəbərdarlıq Müğənni Röya prodüser Tolikə (Tarix Əliyev) qəzəblənib.


Müğənni ATV-nin “10-lar” verilişinə müsahibəsində prodüserə xəbərdarlıq edib: “Unutmasınlar ki, hamı üz-üzə gəlir. Ona görə də demək istəyirəm ki, sussunlar. İstəyir, lap Tolik olsun... Bu müsahibəmi də səmimi qəbul edin. Danışmağa ixtiyarım var, neçə aylardır susuram. Qoy hamı danışığına fikir versin. Efirdən sonra onlara zəng vurub soruşuram ki, başa düşmürəm, bu nə sözdü deyirsən? Qayıdırlar ki, sənlik deyil. Məni görəndə deyirlər ki, sənə qurban olum, mənim hər şeyimsən... İki gün sonra görürsən ki, radioya zəng vurub, ağzına gələni danışırlar. Gərək şikayət yazım ki, adımı çəkməsinlər. Əziyyət çəkən xanımam. Kimsə mənə maya buraxmayıb. İfaçılığa başlayanda fonaqram konsert verməmişəm. İndi fonoqram oxuya bilərəm. Necə istəyirəm elə də gəzə bilərəm. Başa düşürsünüz?! Çünki elədiyimi eləmişəm”.


Qeyd edək ki, bir müddət əvvəl prodüser Tolik öz İnstagram səhifəsində Röyanın müsahibəsini paylaşaraq şəklin altında bu sözləri yazıb: “Sonra deyirlər ki, Tolik qalmaqal eləyir. Öldüm gülməkdən. Hələ gör Hüseyn Abdullayev sənə salam verir ki, bir mahnısını da oxuyasan? Öyrədənsən, özün öyrən də? Hələ öyrən gör neçə not var”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri