Bakıda Qolf Akademiyası açıldı

"Ümid edirik ki, Azərbaycan 2016-cı ildə Reo de Jeneyroda keçiriləcək Olimpiya Oyunlarına öz qolfçularını göndərəcək".

APA Tv-nin xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Qolf Federasiyasının inzibati binası və Qolf Akademiyasının açılış mərasimində çıxışında bildirdi.

Federasiyanın prezidenti Anar Məmmədov isə hesab edir ki, yeni yaradılan Qolf Akademiyası Azərbaycanda peşəkar və həvəskar qolfçuları hazırlayan birinci məzkəz olacaq. Gələcəkdə məktəblərdə qolf dərslərinin keçirilməsi ilə bağlı layihələr hazırlanacaq. Hazırda 1000 nəfər məktəbliyə qolf təlimləri keçirilir.

Tikintisinə 2012-ci ilin aprel ayından başlanan Akedemiyanın binasının ümumi sahəsi 2400 kvadrat metrdir. Azərbaycan Qolf Federasiyası da bu binada yerləşəcək. Akademiyada 2 qolf smulyatoru fəaliyyət göstərir ki, bunun vasitəsi ilə qolf sevərlər virtual olaraq dünyanın 130 qolf meydançasında qolf oynamaq imkanı əldə edəcəklər.

Federasiyadan verilən məlumata görə, Qolf meydançasına giriş vətəndaşlara müəyyən məbləğə başa gələcək. Lakin hələ ki, girişin məbləği açıqlanmır.
Şərhlər
İdman bölməsinin xəbərləri