Bakıda bir nəfər kəsici alətlə işləyərkən hər iki ayağından xəsarət alıb

Bakıda bir nəfər kəsici alətlə işləyərkən hər iki ayağından xəsarət alıb.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda bir nəfərin köməyə ehtiyac olması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, üçmərtəbəli yaşayış binasının damında işləyən vətəndaş kəsici alətlə işləyərkən hər iki ayağından xəsarət alıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi texnika vasitəsi ilə köməksiz vəziyyətdə qalmış şəxsi binanın damından endirib və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri