Azərbaycana xaricdə qeydiyyatda olan avtomobil gətirən əcnəbilərə ciddi güzəştlər edilir

Azərbaycanda əcnəbilərə ölkəyə gətirdikləri xarici dövlətdə qeydiyyatdan çıxarılmamış avtomobili müvəqqəti dövlət qeydiyyatına almaları ilə bağlı ciddi güzəştlər edilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanunun 27-ci maddəsinin XII hissəsinə dəyişikliklər təklif olunur.

Dəyişikliklər layihəsinə görə, xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycana gətirilmiş nəqliyyat vasitələrinin müvəqqəti dövlət qeydiyyatının aparılması və müvəqqəti uçota alınması üçün onların sahibləri və ya sərəncam vermək hüququ olan əcnəbilər sənədləri təqdim edən zaman “Əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə”ni deyil, şəxsiyyəti təsdiq edən istənilən sənədi təqdim edə biləcəklər.

Layihə artıq parlamentin plenar iclasına tövsiyə olunub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri