Media nümayəndələri üçün “Əsirlər” filminə baxış keçirib

Media nümayəndələri üçün “Əsirlər” filminə baxış keçirib Metro Park ticarət mərkəzində yerləşən Park Cinema kinoteatrında ABŞ kinomataqrafiasının məhsulu olan “Əsirlər” filiminin media üçün baxışı olub.


Dedektiv, triller janrında çəkilən 46000000 dollar büdcəyə malik 2 saat 26 dəqiqəlik filimin rejisoru Deni Vilinövdür. Filimdə şiddət və kriminal səhnələr yer almasına görə filimə yalnız 16 yaşından böyük uşaqlar baxa bilər.


Hadisələr İngiltərənin kiçik şəhərlərindən brində baş verir . Dover Və Briçi ailələri bayram gününü birgə qeyd etmək üçün yığışırlar, lakin günün sonunda ailələrin balaca qızları qayıtmayanda hamı təlaşa düşür . Saatlar keçir, amma qızlar tapılmır və onların oğurlandığı ehtimalı çoxalır. Qızların izinə düşmək üçün yeganə ipucu həemin zaman küçədə də dayanan furqondur. Lakin, detektiv iş dələlillərin çatışmamazlığına görə istindaqı bağlayanda istintaqa qızlardan birinin atası başlayır.


Filmdə obrazları Hyu Çekman(Keller Dover), Ceyk Cillenhon (dedektiv Loki), Melisa Leo (Holi Cons), Pol Dano ( Aleks Cons ), Mariya Bello ( Qreys Dover) Terrens Hovard ( Franklin Birç) Viola Devis (Nensi Briç) və Dilan Minnet (Ralf Dover ) canlandırıb


Ceyk Cillenhol bu filimdə oynadığı ən yaxşı ikinci plan kişi roluna görə Hollivud Kinovestivalında mükafata laiq görülüb. Lakin bu , başqası da ola bilərdi : əvvəlcə baş rol üçün Mark Uolberq ,Kristian Beyl hətta Leonardı DiKaprionun namizədliyinə baxılır, rejisorun isə Bayan Singerin yaxud Autuan Fukua olması düşünülürdü.


O ki qaldı Hyu Cekmana, o , filmin rejissoru Fukua düşünüldüyü zamandan layihədə var idi . Sonra isə onların hər ikisi kənarlaşdırıldı, bir müddət sonra is Hyu Cekman yenidən filimin baş rolunu oynamaq üçün geri qayitib.


Film haqda resenziyalarıda sizə təqdim edirik:


Co Mergenstern, Wall Street Journal: “Əsirlər”də bizi gərginlikdə saxlayan təkcə valehedici operator işi deyil, burda həmçinin gözəl aktyor oyununun da şahidi oluruq.


Devid Denbi, New Yorker: “Sirli çay” və “Bürc” üslubunda çəkilmiş çox təsiredici qorxulu trillerdir.


Kristofer Orr, The Atlantic: Fikrim dəyişməzdir: Cekman, Cillenholun və ələxsus da Vilnövin gördüyü iş son dərəcə əzəmətlidir və bunu etiraf etməmək mümkün deyil.


Stiven Uitti, Newark Star-Ledger: Film son illərin ən yaxşı Hollivud detektivi adına layiqdir mi? Əlbəttə! Filmi seyr etmək istəyən valideynlər var mı? Yalnız dəhşətli yuxulara hazır olanlar.


Riçard Rouper, Chicago Sun-Times: Son illərin ən gərgin trilleridir. Hyu Cekman karyerasının isə ən yaxşı roludur.


Öz növbəmizdə deyə bilərik ki, film doğrudanda çox ağır filmdir və çox təsiredici qorxulu trillerdir.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri