Azərbaycanda 17 gün əvvəl baş vermiş qətlin üstü açılıb
- 05.10.2013, 16:03,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda 17 gün əvvəl 45 yaşlı qadını xüsusi amansızlıqla qətlə yetirən şəxs tutulub.
Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 18-də Arzu Nəcəfovanı bıçaqla qətlə yetirmiş Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 19 yaşlı Eldəniz Çingiz oğlu Hacıyev tutulub.
APA-nın əldə etdiyi məlumata görə, A.Nəcəfova yüngül həyat tərzi keçirirmiş. E.Hacıyev sentyabrın 18-də cinsi münasibətdə olmaq üçün onun yaşadığı ünvana gəlib, bu zaman onların arasında mübahisə düşüb. Mübahisə zəminində E.Hacıyev çoxsaylı bıçaq zərbələri ilə A.Nəcəfovanı qətlə yetirib. Sentyabrın 25-də A.Nəcəfovanın qətlə yetirilmiş meyiti Sumqayıt şəhəri 14-cü məhəllə, ev 12/21 ünvanında kirayədə yaşadığı mənzildə tapılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.