Bakı metrosunda 51 yaşlı kişi özünü qatarın altına atıb
- 06.10.2013, 01:25,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı metrosunda sərnişin özünü qatarın altına atıb.
Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında, Bakı Metropoliteninin “Ulduz” stansiyasında qeydə alınıb. Platformada qatar gözləyən sərnişin, 51 yaşlı Elman Vəkilov qəflətən özünü qatarın altına atıb. Nəticədə o, qatarla divarın arasında qalaraq müxtəlif xəsarətlər alıb. Yaralı hadisə yerinə çağırılan təcilli tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya aparılıb.
Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya bildirilib ki, E. Vəkilov Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.