Sabirabadda dəhşətli avtoqəza baş verib: ölən və yaralananlar var
- 06.10.2013, 13:23,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabadda baş verən dəhşətli avtoqəzada bir nəfər ölüb, 3 nəfər yaralanıb.
APA-nın məlumatına görə, hadisə gecə saat 00.45 radələrində Qazməmməd-Bəhrəmtəpə yolunun 22-ci kilometrliyində Sabirabad rayonunun Nizami kəndi ərazisində baş verib.
Bakı sakini 41 yaşlı Abdullayev Azər Aydın oğlunun idarə etdiyi “Hyundai Accent markalı 90 RE 308 dövlət nömrə nişanlı avtomobil sərt döngədə böyük sürətlə yoldan çıxaraq hündürlükdən dərəyə yuvarlanıb. Avtomobil arxası üstə dərədə böyük diametrli qaz kəmərinin üzərində 7-8 metr sürüşərək çevrilib. Nəticədə avtomobilin banı sürücünü salonda sıxaraq öldürüb. Sürücünün tanınmaz halda olan meyiti avtomobildən Fövqəladə Hallar Nazirliyinin Şirvan bölməsinin xilasediciləri tərəfindən xüsusi alətlərlə çıxarılıb.
Avtomobildə olan Bakı sakinləri 1979-cu il təvəllüdlü Eyvazov Seymur Cabir oğlu, 1963-cü il təvəllüdlü Əliyev Oktay İsgəndər oğlu və 1992-ci il təvəllüdlü Soltanov Salamat Namusəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, avtomobildə qəzaya uğrayan Bakı sakinləri toy şənliyindən qayıdırmışlar.
Faktla bağlı BDYP-nin istintaq idarəsi tərəfindən araşdırma aparılır.