Kliçko Povetkini məğlub edib
- 06.10.2013, 13:24,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukrayna boksçusu Vladimir Kliçko rusiyalı Aleksandr Povetkinin üzərində inamlı qələbə qazanıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, döyüş oktyabrın 5-də Moskvanın “Olimpiyski” idman kompleksində baş tutub.
Döyüş 12 raund davam edib və xallara görə 37 yaşlı Kliçkonun qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 34 yaşlı Povetkinin karyerasında bu ilk məğlubiyyətdir. Bundan əvvəl peşəkar rinqdə keçirdiyi 26 görüşün (onlardan 18-i – nokautla) hamısında rusiyalı boksçu qələbə qazanıb. Kliçko isə 61 qələbə (onlardan 51-i – vaxtından əvvəl) qazanıb, 3 dəfə isə nokautla məğlub olub.