Ramzan Kadırov: “Çeçen qızının erməniyə ərə getməsi biabırçılıqdır”

Ramzan Kadırov: “Çeçen qızının erməniyə ərə getməsi biabırçılıqdır” “Sarkisyanla razılaşıb onu ata evinə qaytarmaq istədik”

Çeçenistan prezidenti Ramzan Kadırov müğənni xanımı erməni biabırçılığndan necə xilas etdiyindən danışıb.

“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, ötən ildən sosial şəbəkələrdə “Kadırov- ermənilər haqqında” adlı video yayılıb. Videoda göstərilir ki, prezident hökumət üzvlərinin də iştirak etdiyi iclasda çeçen müğənni Xedi Xamzatovanı erməni ilə evlilikdən necə xilas etdiyini qəzəblə danışıb.

Kadırovun sözlərinə görə, ermənilər Xamzatovaya söz veriblər ki, o, “Eurovision” mahnı müsabiqəsində iştirak edəcək: “Bunun üçün də onu İrəvana dəvət ediblər. Belə ki, o İrəvanda ərə getməli idi. Mən bu istedadlı müğənniyə külli miqdarda pul xərcləmişəm. Onun solo konsertlərini təşkil edirdim. Solo konsert deyəndə, hamı bunu asan bir şey olduğunu düşünür. Yaxşı bir konsert təşkil etmək üçün ən azı 10 milyon lazımdır. Və Xedi Xamzatova nə etdi? Erməni onu “Eurovision”a aparmaq üçün söz verəndə o, həmin oğlanla birgə Ermənistana yollandı ki, ona ərə getsin. Biz onun arxasınca yollandıq. Çünki çeçen qızının, əməkdar müğənninin erməni ilə evlənməsi bizim üçün biabırçılıqdır. Onların prezidenti ilə razılaşaraq Xedinin ata və anasını götürüb İrəvana getdik ki, onu evinə qaytaraq”.

Xamzatova isə İrəvana getməsinə belə aydınlıq gətirib: “O, mənə təklif etdi ki,onun arvadı olum, ərə gedim ona. Amma çeçenlər mənimlə vaxt keçirmək istəyirdilər”.

Qeyd edək ki, ermənilər Xedi Xamzatovanı ermənilərin Rusiyadakı İttifaqının 10 illiyinə həsr olunmuş tədbirdən sonra tanıyıblar. Çeçen qızı Ermənistan prezidenti Serj Sarkisyan və erməni əsilli rusiyalı milyarder Samvel Karapetyanın da qatıldığı tədbirdə “Xay kadjer” (“Erməni qəhrəmanlar”) adlı mahnını oxuyaraq özünə rəğbət qazanıb.





Şərhlər
Dünya bölməsinin xəbərləri