Natəvan Həbibi ana olmaq istəyir
- 07.10.2013, 17:36,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Müğənni Natəvan Həbibi ana olmaq arzusundadır. Hələ ailə qurmayan ifaçı Muz-Tv-yə müsahibəsinə ana olmaq istədiyini söyləyib. Bunun xanım üçün ən başlıca vəzifə olduğunu qeyd edən Natavan, “Məncə, xanımın ən vacib vəzifəsi ana olmaqdır. Mənim hələ xoşbəxt ailəm olmadığına görə, qıraqdan tamaşaçı kimi izləyirəm." - sözlərini dilə gətirib.
Şöhrətin ötəri olduğunu düşünən Natavan ətrafındakı həmkarlarının xoşbəxt ailəsinə sözün yaxşı mənasında həsədlə baxdığını deyib: “Müğənni, aparıcı olmaq- bunlar hamısı boş şeydir. Əsas odur ki, insan insan olsun, gözəl ana, gözəl övlad, gözəl həyat yoldaşı olsun. Mənim ətrafımda olan, məni istəyən və mən istədiyim insanlarda bu çox gözəl alınır”.