Azərbaycan gələn il təhsil sektoruna 1,6 milyard manat xərcləyəcək
- 08.10.2013, 02:36,
- Cəmiyyət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2014-cü ildə təhsil xərcləri üçün 1653,4 milyon manat (2013-cü illə müqayisədə 123 milyon manat və yaxud 8,0 faiz, 2012-ci ilin faktiki icra göstəricisinə nisbətən 200,3 mln manat və ya 13,8 faiz çox) vəsait ayrılıb.
APA-nın məlumatına görə, bu rəqəm 2014-cü ilin dövlət büdcəsi layihəsində əksini tapıb.
2014-cü ildə təhsilin maliyyələşməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 8,2 faiz təşkil etməklə 2013-cü illə müqayisədə 0,5 faiz çox olacaq.
Təhsil xərcləri üçün ayrılmış vəsaitin 851,0 mln manatı və ya 51,5 faizi natamam və orta təhsil xərclərinin, 488,9 mln manatı və ya 26,6 faizi təhsil sahəsində tətbiqi tədqiqatlar və digər xidmətlərin, 33,0 mln manat və ya 2,0 faizi ali təhsil xərclərinin, 158,7 mln manat və ya 9,6 faizi məktəbəqədər və ibtidai təhsil xərclərinin, 78,6 mln manat və ya 4,8 faizi texniki-peşə məktəblərinin və liseylərin, 43,2 mln manatı və ya 2,5 faizi internat və xüsusi məktəblərin maliyyələşdirilməsinə yönəldiləcək.
İlk dəfə olaraq 2014-cü il dövlət büdcəsinin “təhsil xərcləri” bölməsində xarici ölkələrin ali təhsil və elmi-tədqiqat müəssisələrində Azərbaycanşünaslıq və Xəzər hövzəsi regionu ilə bağlı tədqiqatların təşviqi ilə bağlı xərclər üçün 2,5 mln manat vəsait ayrılması nəzərdə tutulub.