2013-cü ilin tibb üzrə Nobel mükafatına amerikalı alimlər layiq görülüblər
- 08.10.2013, 02:47,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2013-cü ilin tibb üzrə Nobel mükafatına ABŞ-dan olan alimlər Ceyms Rotman, Rendi Şekman və Tomas Zyudof layiq görülüblər.
APA-nın məlumatına görə, onlar hüceyrələrarası və hüceyrə daxilində protein və digər vasitələrin nizamlanması sahəsindəki kəşfə görə bu mükafatı qazanıblar. Nobel mükafatının təntənəli təqdimat mərasimi dekabrın 10-da Stokholmda keçiriləcək.
Xatırladaq ki, fizika və kimya üzrə qaliblərin adları 8-9 oktyabr, sülh və iqtisadiyyat üzrə isə 11-14 oktyabr tarixlərində açıqlanacaq. Ədəbiyyat üzrə “Nobel” mükafatı qalibinin adını Nobel komitəsi hələlik açıqlamayıb.