“Proqnoz” Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzinin keçirdiyi “Exit-poll”un nəticələri açıqlanıb
- 09.10.2013, 20:04,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
QHT Əməkdaşlıq Alyansının sifarişi ilə “Proqnoz” Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzi 2013-cü il 9 oktyabr Prezident seçkisində “exit-pol” keçirib.
APA-nın xəbərinə görə, QHT Əməkdaşlıq Alyansının sədri Rufiz Qonaqov tərəfindən açıqlanan nəticələr belədir:
İqbal Ağazadə - 1,88%
İlham Əliyev – 83,89%
Araz Əlizadə - 0,71%
Hafiz Hacıyev – 0,79%
Qüdrət Həsənquliyev – 1,30%
Cəmil Həsənli – 8,20%
İlyas İsmayılov – 0,95%
Fərəc Quliyev – 0,63%
Sərdar Cəlaloğlu – 0,67%
Zahid Oruc – 0,98%.
R. Qonaqov “exit-poll”un bütün 125 dairə üzrə keçirildiyini söyləyib.
Təşkilatın həmsədri Rafael Becanov “exit-poll”un metodologiyası haqda suala cavabında bildirib ki, onlar bütün məqamları nəzərə almağa çalışıblar və daha dəqiq rəqəmlər sabah açıqlanacaq: “Yalnız onu deyə bilərəm ki, seçkilər ədalətli və şəffaf keçirilib”.
“Exit-poll”a əsasən seçkidə seçicilərin 67%-i iştirak edib.