Azərbaycanda azyaşlı bacı və qardaş yanaraq ölüb
- 10.10.2013, 13:33,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda iki uşaq yanaraq ölüb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İmişli rayonu, Qaralar kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 216 kv.m olan 1 mərtəbəli 7 otaqlı evin 3 otağının (tavanı qamışdan olan) yanar konstruksiyaları 42 kv.m sahədə yanıb.
Yanğın kəşfiyyatı zamanı yanmış otaqların birində ev sahibinin övladları - 1999-cu il təvəllüdlü Şəmmədova Aytac Mehman qızı və 2003-cü il təvəllüdlü Şəmmədov İsmayıl Mehman oğlunun meyitləri aşkar olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 08:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.