Fransa Senatının üzvü Natali Qule: “Azərbaycanda seçkilərin keçirilməsi ilə bağlı inkişaf müşahidə edirəm”
- 10.10.2013, 13:34,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Fransa Senatının üzvü Natali Qulenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda prezident seçkilərinin yekunlarına dair mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, N. Qule bildirib ki, nümayəndə heyətində Fransa Senatının 5 üzvü təmsil olunur. Nümayəndə heyəti seçkiləri Quba rayonunda müşahidə edib: “Biz iki qrup halında seçkiləri müşahidə etdik. Baxış keçirdiyimiz yerlərdə qeyri-adi və neqativ hallarla rastlaşmadıq”.
2003-cü ildə Azərbaycanda keçirilmiş seçkiləri müşahidə etdiyini deyən N. Qule vurğulayıb ki, Azərbaycanı yaxşı tanıdığını deyib: “Mən 10 il ərzində Azərbaycanda seçkilərin keçirilməsi ilə bağlı inkişafı müşahidə edirəm. Bəzi namizədlər çətinliklərlə üzləşdiklərini söyləyirlər. Amma biz müşahidələrimiz zamanı şəxsən belə faktlarla rastlaşmadıq”.
Missiya üzvü, senator Mohamed-Soilihi isə bildirib ki, seçkilər qanuna və normalara uyğun keçirilib: “Mən seçkinin gedişatında öz ölkəmdə keçirilən seçkilərlə heç bir fərq görmədim. Bir fərq istisna olunmaqla, mən öz ölkəmdə bu qədər müşahidəçi görməmişəm”.
Senat üzvü Jan-Kloud Peroni qeyd edib ki, onlar normal keçən seçkiləri müşahidə ediblər. Onun sözlərinə görə, seçki məntəqələrindəki şərait, şəffaf qutular seçki prosesinin yaxşılaşdığını deməyə əsas verir: “Biz Qubanın uzaq dağlıq kəndlərindəki seçki məntəqələrinə də baş çəkdik. Orada bütün namizədlərin müşahidəçiləri ilə rastlaşdıq. Onlar hər hansı bir neqativ halların aşkarlanmadığını bildirdilər”.