Rusiya qaza görə Ukraynanı sanksiyalarla hədələyib
- 11.10.2013, 09:32,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukrayna qaz razılaşmasına birtərəfli qaydada yenidən baxacağı təqdirdə, Rusiya ona qarşı sanksiyalar tətbiq edə bilər.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu cür xəbərdarlığı Ukraynaya Rusiyanın baş nazirinin mətbuat katibi Natalya Timakova edib.
“Rusiya və Ukrayna arasında mövcud olan qaz müqavilələrinə yenidən baxılmasına hər hansı bir cəhd hüquqi fəsadlara gətirib çıxaracaq. Bizim ukraynalı tərəfdaşlarımız bu cür bəyanatlar verməzdən öncə nəzərə almalıdırlar ki, razılaşmanın şərtlərinə birtərəfli qaydada yenidən baxılacağı təqdirdə sanksiyalar tətbiq edilə bilər”, deyə Timakova qeyd edib.
Qeyd edək ki, oktyabrın 10-da Ukraynanın baş naziri Nikolay Azarov bəyan edib ki, rəsmi Kiyev Rusiya qazının idxalını azaltmağa davam edəcək, hazırkı müqaviləyə yenidən baxılmayacağı təqdirdə isə gələcəkdə onu almayacaq. Timakovanın sözlərinə görə, Ukraynanın Rusiya qazının idxalını dayandırmaq barədə təhdidləri inandırıcı deyil.
Ukraynanın baş naziri, öz növbəsində qeyd edib ki, əgər “Qazprom” Ukraynanı müqavilədən birtərəfli qaydada çıxdığına görə beynəlxalq məhkəməyə verərsə, Kiyev hüququnu müdafiə etməyə hazırdır.