Gəncədə sərxoş gənc özünü bıçaqlayıb
- 11.10.2013, 13:34,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncə şəhər sakini 4 bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, səhər saat 5 radələrində Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Əliyev Şəhriyar Mübariz oğlu qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat olunan Ş. Əliyev reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
Gəncə şəhər Baş Polis İdarəsindən bildiriblər ki, 22 yaşlı gənc sərxoş vəziyyətdə özünə 4 bıçaq zərbəsi vurub. Onlardan ikisi daxilə keçən, ikisi isə yüngül olub. Faktla bağlı araşdırma aparılır.