Azərbaycanda kütləvi dava olub, bir nəfər ölüb
- 11.10.2013, 13:36,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Göygöl rayonunda otlaq üstündə dava düşüb.
Göygöl rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, dava Göygöl rayonu ilə Şəmkir rayonu arasında heyvanların otarılması üçün nəzərdə tutulan yer üstündə baş verib. Polisdən bildiriblər ki, 4 nəfər Göygöl rayon sakini ilə 5 nəfər Şəmkir rayon sakini arasında yaranan davada bir neçə nəfər müxtəlif bədən xəsarətləri alaraq Göygöl rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Rayonun Mollacəlilli kənd sakini, 37 yaşlı Xəyyam Cəfərov ağır kəllə-beyin travması aldığına görə xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.