Neft və neft məhsullarının daşınması üçün Azərbaycana yeni vaqonlar gətiriləcək

“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 60 sərnişin vaqonu Ukraynaya təmirə göndərilib.

Bu günə kimi 46 vaqon təmir olunaraq Azərbaycana gətirilib. Eyni zamanda Rusiyanın Voronej şəhərinə göndərilmiş 16 vaqondan 6-sı artıq ölkəyə gətirilib.

APA-nın məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərov bildirib.

Onun sözlərinə görə, hazırda Bakı-Tbilisi, Bakı-Moskva, Bakı-Xarkov və Bakı-Balakən sərnişin qatarları bu vaqonlardan tərtib olunub.

“Neft və neft məhsullarının daşınması üçün 300 ədəd yeni çən vaqonların, quru yüklərin daşınması üçün vaqonların, yük vaqonlarının əsaslı təmiri üçün tələb olunan avadanlıq və ehtiyat hissələrinin alınması, Bakı Vaqon Deposunda sərnişin vaqonlarının əsaslı təmir bazasının yaradılması da gündəmdədir”, - deyə A. Əsgərov əlavə edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri