Bu yaxınlarda Türkiyədə ikinci klipi ("Gəmiçilər") işıq üzü görən Röya Ayxan qardaş ölkə mətbuatının diqqət mərkəzinə düşməyi bacarıb.
ANS-in türk mediasına istinadən verdiyi məlumata görə, müsahibədə Röya Azərbaycanın "diva"sı, ölkəmizin ən tanınmış müğənnisi kimi təqdim edilib.
Həmin müsahibəni sizə təqdim edirik.
- İki klipində də Murad Küçüklə işləmisən. Tanımadığın biri ilə işləmək sənin üçün çətindir?
- Murad çətin adamdır və onunla işləyərkən tam rahat ola bilmirəm. Amma məndən nə istədiyini asanlıqla anlaya bilirəm. Bu səbəbdən onunla işləməyə üstünlük verirəm.
- Bir müddət əvvəl Soner Sarıkabadayının mahnısı ilə ("Göndər") gündəmdə idin. Kişilərin qadın dili ilə yazdığı mahnılara üstünlük verməyinin səbəbi nədir?
- Soner Sarıkabadayı mənim yarım kimidir. Aramızda iş münasibətlərindən əlavə bir enerji var. Bu səbəbdən yaxşı ki, o, həyatımda var, yaxşı ki, ilk mahnımı onunla çalışmışam. Azərbaycanda da əksər hallarda kişi bəstəkarlarla işləyirəm. Onlar məni daha yaxşı başa düşür.
- Öz ölkəndə ən çox tanınan isim olduğun halda nə üçün başqa ölkədə hər şeyə sıfırdan başlamağa qərar vermisən?
- Bir az dəliliyim var, həyəcansız, stressiz yaşaya bilmirəm. Bu səbəbdən həyəcan axtarıram. Bura mənim üçün yeni bir Röyadır.
- Bir ayağın İstanbulda, o biri Bakıdadır. Türkiyəyə köçmək fikrin varmı?
- Ailəmin yarısı uzun illərdir, Türkiyədə yaşayır və bu səbəbdən 15 ildir ki, buraya gedib gəlirəm. Çox istəsəniz, İstanbulda da ev tuta bilərəm.
- Azərbaycanda olarkən ən çox izlədiyin türk musiqiçilər kimlərdir?
- Əslində, ruh halıma nə vaxt hansı mahnı daha çox uyğundursa, onu dinləyirəm. Amma ilk gündən Sezen Aksunun mənə çox yaxın olduğunu düşünürəm. O, çox özəl qadındır.
- "Azərbaycanın Rihannası" bənzətməsi necə yaranıb?
- Yəqin ki, həmin vaxt saç düzümüm və saçımın rəngi Rihannanı xatırladıb. Çəkiliş zamanı Tamer Yılmaz mənə "Röyanna" deyə müraciət edirdi. Bundan sonra Azərbaycan mətbuatında da bu haqda yazdılar. Amma nə olur olsun, mən Rihannadan 10 yaş böyüyəm və neçə ildir ki, indiki kimiyəm.
- Bu yaxınlarda yeni albom çıxarmaq fikriniz varmı?
- Albom olacaq, amma ona qədər hələ bir neçə planım var. Bunlar sürpriz olaraq qalsın.