Rusiyada mikroavtobusda yanan 13 sərnişin arasında Azərbaycan vətəndaşı da var
- 13.10.2013, 15:25,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Samara vilayətində baş verən yol qəzasında ölən şəxslər arasında bir Azərbaycan vətəndaşı da var.
APA TV-nin məlumatına görə, 13 nəfərin ölümü ilə nəticələnən qəza Bolşeçerniqov rayonunda M-32 şosesində baş verib. Qəzada ölənlərin hamısı postsovet respublikalarının vətəndaşlarıdır. İçərisində 14 sərnişin olan “Toyota” markalı mikroavtobus qəfildən qarşı yola çıxaraq “Mersedes” markalı avtofurqonla toqquşub. Zərbə nəticəsində hər iki maşın yol kənarındakı dərəyə aşıb. Bir neçə dəfə çevrilən mikroavtobusda yanğın baş verib. “Toyota”da olan sərnişinlərin 11 nəfəri Özbəkistan, 2 nəfəri Tacikistan, bir nəfəri Azərbaycan vətəndaşı olub, mikroavtobusu Qazaxıstan vətəndaşı idarə edirmiş. Qəza nəticəsində 12 nəfər hadisə yerində ölüb, bir nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib, iki nəfər isə xəstəxanaya yerləşdirilib. Qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində iş aparılır.
Faktla bağlı cinayət işi başlanıb.