Ermənilər Tovuzda yaşayış evini atəşı tutublar
- 14.10.2013, 00:36,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən gün Tovuzun cəbhə bölgəsində yerləşən Yuxarı Öysüzlü kəndində yaşayış evinə mərmi düşüb.
Kənd bələdiyyəsinin sədri Rüstəm Yusifovun APA-ya verdiyi məlumata görə, hadisə axşam saat 19 radələrində baş verib. Onun sözlərinə görə, təxminən erməni silahlı qüvvələri təxminən 3 kilometr uzaqlıqda olan mövqelərindən Azərbaycan kəndini atəşə tutublar. Nəticədə kənd sakini Rasim Qarayevin evinə mərmi düşüb. Mərmi evin pilləkanına düşərək partlayıb və qəlpələri mənzilin bir neçə pəncərəsini sındırıb, dam örtüyünü zədələyib.
Həmin vaxt evdə kimsə olmadığı üçün xəsarət alan olmayıb. Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçiriblər.
Məlumata görə, son vaxtlar ermənilər Tovuz rayonu istiqamətində tez-tez atəşkəsi pozurlar.