Təhsil Nazirliyi dərslik sahəsindəki problemlərin həlli üçün qətiyyətli tədbirlər görəcək
- 04.05.2013, 15:16,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Təhsil Nazirliyi dərslik sahəsində mövcud olan problemlərin aradan qaldırılması istiqamətində qətiyyətli tədbirlər görəcək. Trend-in məlumatına görə, bunu "Heydər Əliyev-90" mövzusunda yazılmış inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində cıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, cəmiyyətdə belə bir fikir formalaşıb ki, dərslikləri Təhsil Nazirliyi hazırlayır. Ancaq bu, belə deyil. Hər bir dərsliyin öz müəllifi var.
Dərslikləri müəlliflərin zehni əməyinin məhsulu hesab edən nazirin sözlərinə görə, dərsliklərin məzmununu ictimai əsaslarla fəaiyyət göstərən Dərlsikləri Qiymətləndirmə Şurası qiymətləndirir.
"Təbii ki, hamıdan cox biz məktəblərdə tədrisin keyfiyyətlərinin dərsliklər üzrə təşkil edilməsində maraqlıyıq. Obyektiv səbəblərə görə, bu müəyyən vaxt tələb edən məsələdir. Biz bu istiqamətdə olan problemlərin aradan qaldırılması ilə bağlı qətiyyətli tədbirlər görəcəyik", - Cabbarov əlavə edib.