Mingəçevirdə silahlı insident baş verib, bir nəfər yaralanıb

Mingəçevir şəhərində silahlı insident baş verib. Ov tüfəngi ilə açılan atəş nəticəsində bir nəfər ağır yaralanıb.

Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə oktyabrın 13-də Mingəçevir şəhərinin M.Maqomayev prospektində yerləşən “Uşaq şəhərciyi”nin ərazisindəki çayxanada baş verib.

Mingəçevir şəhərinin Füzuli küçəsi 2/5 mənzil 14-də yaşayan, 1970-ci il təvəllüdlü Mustafayev Oqtay Abduləli oğlu ilə 3 nəfər naməlum şəxs arasında insident baş verib.

Şəxsi münasibətlər zəminində baş verən dava zamanı naməlum şəxs və ya şəxslər ov tüfəngindən Oqtay Mustafayevə bir neçə dəfə atəş açıblar.

Bədəninin müxtəlif nayihələrindən ağır xəsarətlər alan Oqtay Mustafayev Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlir.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu və Polis Şöbəsi tərəfindən birgə araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri