Mustafa Cecelinin möhtəşəm konserti baş tutdu [Foto]
- 14.10.2013, 10:02,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyəli məşhur müğənni Mustafa Cecelinin konserti ötən gün Heydər Əliyev Sarayında baş tutdu. ANS-in məlumatına görə, konsert “ASAN” xidmətin sponsorluğu və “Fire land” prodakşının təşkilatçılığı ilə keçirilib.
Gecənin açılışını xalq artisti Alim Qasımov və qızı əməkdar artist Fərqanə Qasımova və “Natiq” ritm qrupu ediblər. Konsertin aparıcılığını şoumen Murad Dadaşov və məşhur aparıcı Nərgiz Cəlilova olub.
Gecədə tamaşaçılara xalq artisti Zülfiyyə Xanbabayevanın sözləri Cəlal Qurbanova, musiqisi isə Gövhər Həsənzadəyə aid olan “Sən azərbaycanlısan” mahnısının klipi təqdim edilib.
Daha sonra isə sevilən müğənni səhnəyə çıxaraq həyəcanlı olduğunu bildirib ilk ifa etdiyi mahnı isə ölkəmizdə xeyli sayda izləyici rəğbəti qazanan “Es” olub. Ard-arda sevilən ifaları ilə qonaqları şənləndirən müğənni, bununla kifayətlənməyərək musiqi alətlərində ifa edib və xalq rəqslərimizdən müxtəlif nümunələr göstərib. Daha sonra isə müğənni Röya ilə “Gizli sevgi”mahnısını birlikdə oxuyublar.
Yerli sənətçilərimiz də Mustafanı tək buraxmayıblar,gecəyə gələnlər arasında əməkdar artist Elza Seyidcahan, müğənnilər Səidə Sultan, Zamiq Hüseynov, Günay İbrahimli, Ruhəngiz Allahverdiyeva, Aysel Əlizadə, teleaparıcı Murad Arif, aktyor Rafael İsgəndərov və başqaları iştirak ediblər.
Gecənin sonunda isə Alim Qasımov, Fidan və Xuraman Qasımova bacıları, Zülfiyyə Xanbabayeva və Mustafa Ceceli birlikdə “Sən Azərbaycanlısan” mahnısını səsləndiriblər.