Lənkəranda intihar olub

Lənkəranda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Ürgə kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Qədir Həsənağa oğlu Həsənov yaşadığı evdə özünü asaraq intihar edib.

Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri