Bakı bulvarında ən hündür karuseli tikilir

Bakı bulvarında ən hündür karuseli tikilir Live.az APA-ya istinadən xəbər verir ki, dənizkənarı bulvarda Avropanın ən hündür karusellərindən biri tikilir. Hündürlüyü 60-70 metr olacaq bu "Şeytan çarxı"ndan şəhərin hər yerini görmək mümkün olacaq.

Karusel yeni bulvarda, Əl Oyunları Sarayından "Kristal zal"a kimi olan hissədə quraşdırılır. Köhnə bulvarda da buna bənzər karusel olub, amma aradakı fərq çoxdur.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, əvvəlki “Şeytan çarxı”nın diametri 20 metr olub: “Amma yeni tikilən karuselin diametri 60 metr olacaq. Bu köhnə karuselden ölçülərinə görə üç dəfə böyükdür. Bu da hundurlukdən şəhəri seyr seyr etməyə imkan yaradacaq”.

Niderland şirkəti tərəfindən quraşdırılan karuselə dunyanın müxtəlif yerlərində müxtəlif adlar verilib. Məsələn, Londonda "Londonun gözü", köhnə sovet respublikalarında "şeytan təkəri" və ya "şeytan çarxı" deyilir. Bizdə də cammat arasında karuselə "şeytan çarxı" deyilsə də, Nazim Məcidov hələ ad qoymadıqlarını bildirir. Deyir ki, açılışa qədə bir ad fikirləşəcəklər.

"Şeytan çarxı"na minməyin qiymətinə gəlincə, Nazim Məcidov bildirdi ki, qiymətlər digər karuselin qiymətindən fərqli olmayacaq. Hər bir azərbaycanlının və paytaxta qonaq gələn əcnəbinin karuselə minmək imkanı olacaq.

Yeni "şeytan çarxı"nın vaqonları da görünüşünə görə fərqlənir.

“Karuselə qoşmaq üçün 30 ədəd vaqon gətirilib. Hər bir vaqonda 8 nəfər ümumilikdə, 240 nəfər əyləşə biləcək”.

Keçək əsas məsələyə. Bildiyiniz kimi Bakı küləklər şəhəridir. Bu hündürlükdə karuselin təhlükəsizliyi necə təmin olunacaq?

“Təhlukəsizlik tam nəzərə alınıb. Karusel küləyin sürətinə və zəlzələnin gücünə görə sınaqdan çıxarılıb. Mütəxəssislər tərəfindən rəy verilib. Küləyin sürəti yüksək olarsa, həmin günlərdə karusel işləməyəcək. Çünki həmin vaxtlar kabinələrin hərəkəti arta bilər və insan həyəcan keçirə bilər. Ümumiyyətlə, təhlükəsizlik yüksək səviyyətə düşünülüb”.

Qeyd etdi ki, karuselin üstün cəhətlərindən biri də vaqonundakı qapıların avtomatik açılıb bağlanmasıdır. Yəni müştəri özü istəsə belə, qapını aça bilməz. Burada yalnız havanı dəyişmək üçün kiçik pəncərələr var.

Karuselin fəaliyyətə başlamasını səbirsizlikə gözləyənlər də var, minməyə qorxanlar da...

Karusel ilin sonuna kimi istifadəyə veriləcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri