Gunay İbrahimli vs Natavan Habibi: "Sən kim olmusan ki?!"
- 14.10.2013, 13:09,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Heç vaxt qarşı tərəfin sözlərinə münasibət bildirməyən Günay, bu dəfə “son” deyib.
Live.az-ın Muz TV-yə istinadən verdiyi məlumata görə, Günayın susqunluğunu pozan məsələ, ötən ay keçirilən payız konsertləri olub. Nahid Emiloğlunun təşkilatçılığı ilə reallaşan tədbirlərin səs-sədası hələ də kəsilmir.
Elə son günlər Günayın Fərda Xudaverdiyevin konsertində ətəyinin qalxması yenidən gündəmə gəlib. Belə ki, Natavan Həbibi həmkarı haqqında : “Günayın konsertdə ətəyinin qalxmasında tək günahkar onun özüdür. Xanım geyimini bilməlidir. Havaya baxmalıydı, külək olanda enli don geyinməməliydi. Mən gənc müğənnilərə bir bacı kimi məsləhət verirəm ki, geyimlərinə fikir versinlər. Günay orada pis vəziyyətə düşdü, camaatı özünə güldürdü. Günayın əvəzinə mən olsaydım, ölüb yerin dibinə girmişdim”-deyib.
İbrahimli isə Nataya cavab olaraq: “ Elə insanlar danışır ki, güləyim gəlir.Sən özün kim olmusan ki, mənim haqqımda danışırsan?! İfşa etməyə qalsa, mən çox şeyi ifşa edərəm. İnsanın bir sifəti olar, 5 dənə yox”-deyərək münasibət bildirib.
Nəzərinizə çatdıraq ki, oktyabrın 11-da Heydər Əliyev sarayında Mustafa Cecelinin konsertinə tamaşaçı qismində iştirak edən yerli müğənnilərimizin arasında İbrahimli olub.