Zaur Baxşəliyev: "O mənim övladım deyil"
- 14.10.2013, 14:23,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Mediada aparıcı Zaur Baxşəliyevin övladının fotosu ilə bağlı xəbərlər yayılıb.
Aparıcı şəkillə bağlı açıqlama verib.
O həmin fotonun onun qızı Dilavərə aid olmadığını vurğulayıb:
“Son günlər bütün xəbər saytlarında övladım kimi təqdim olunan balaca qızcığazın mənə heç bir aidiyyatı yoxdur. O mənim övladım deyil. Hər kimin balasıdırsa, Allah saxlasın. Mən övladımın fotoşəklini və videogörüntüsünü heç bir yerdə yayımlamamışam və belə bir fikrim də yoxdur. Nə mən, nə də Günay xanım heç bir sosial şəbəkədə yoxuq. Bu şəkli yayımlayan insanlardan xahiş edirəm ki, o körpəni mənim övladım kimi təqdim etməsinlər. Bu həmin uşağın valideynlərinə təhqirdir.
İstər ATV kanalında yayımlanan “Onlar” verilişi, istərsə də digər saytlar bu məsələni ən azından mənim özümdən dəqiqləşdirə bilərdilər. Çünki mənim bütün mətbuat orqanlarına hörmətim var. Və bu hörmətin qarşılıqlı olmasını arzulayıram. Mən öz övladım və ailəmlə heç vaxt gündəmdə olmamışam və belə bir fikrim də yoxdur. Başqasının körpəsini mənim övladım kimi təqdim etmək çox gülüncdür. Bir daha söyləyirəm ki, şəkli yayılan bu uşaq mənim deyil. Allah valideynlərinə çox görməsin”.