Fərhad Əliyev və Rafiq Əliyev əfv olunublar

Fərhad Əliyev və Rafiq Əliyev əfv olunublar Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı növbəti əfv sərəncamına əsasən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev əfv olunublar.

APA-nın məlumatına görə, Əliyev qardaşları cəzalarının qalmış hissəsindən azad olunublar.

Qeyd edək ki, əfv ilə bağlı sərəncam bu gün verilib və yaxın zamanlarda siyahı açıqlanacaq. Xatırladaq ki, Fərhad Əliyev, qardaşı Rafiq Əliyev və anası Şövkət Əliyeva ölkə başçısına əfv ilə bağlı müraciət etmişdi.
Şərhlər
Hadisə bölməsinin xəbərləri