Fərhad Əliyev və qardaşı Rafiq Əliyev həbsxanadan buraxılıb

Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev həbsdən azad edilib.

APA-nın məlumatına görə, 2 saylı Cəzaçəkmə Müəssisəsində (CM) cəza çəkən F. Əliyev Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın 14-də imzaladı əfv sərəncamı əsasında bu gün həbsxanadan buraxılıb. F. Əliyevlə yanaşı, 2 saylı CM-də cəza çəkən daha 19 məhkum həbsdən azad edilib.

Qeyd edək ki, F. Əliyevin qardaşı, “Azpetrol” şirkətinin keçmiş prezidenti Rafiq Əliyev də dövlət başçısının imzaladığı əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

R. Əliyev cəza çəkdiyi 6 saylı CM-dən bu gün azad edilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri